Bərdə kollecində Müstəqilliyin Bərpası Günü qeyd olunub

Bərdə kollecində Müstəqilliyin Bərpası Günü qeyd olunub

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə “Müstəqilliyimiz – qürurumuz, gələcəyimiz!” adlı tədbir keçirilib. Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik…
Bərdə xəstəxanasında korrupsiya mövzusu müzakirə edilib

Bərdə xəstəxanasında korrupsiya mövzusu müzakirə edilib

Bərdə Rayon Mərkəzi Xəstəxanasında korrupsiyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib

Bərdə Rayon Mərkəzi Xəstəxanasında korrupsiya, hüquq pozuntuları və rüşvətxorluq hallarının qarşısının alınması mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Bərdə Rayon Prokurorluğu Prokurorun böyük köməkçisi, II dərəcəli hüquqşünas Nərgiz Hüseynli, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, müəssisənin müavinləri və tibb personalı iştirak edib.

Tədbir zamanı korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması, bu istiqamətdə qanunvericiliyin tələbləri, hüquq pozuntularına yol verilməməsi və səhiyyə müəssisələrində şəffaflığın təmin olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.

Çıxışlarda korrupsiya hallarının cəmiyyətə və dövlət qurumlarına yaratdığı mənfi təsirlərdən bəhs olunub, bu kimi halların qarşısının alınmasında hər bir əməkdaşın üzərinə düşən məsuliyyət vurğulanıb.

Tədbir zamanı korrupsiyaya qarşı video-çarx təqdim olunub.

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ruslan Əhmədov: “Bərdə bələdiyyəsi  şəhərdə məişət tullantılarının idarə olunmasının yaxşılaşdırılmasına öz töhfəsini  verməkdədir”

Ruslan Əhmədov: “Bərdə bələdiyyəsi şəhərdə məişət tullantılarının idarə olunmasının yaxşılaşdırılmasına öz töhfəsini verməkdədir”

“Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bərdə bələdiyyəsi tərəfindən şəhərin təmizlik və sanitariya vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə 160 ədəd yeni məişət tullantıları konteyneri alınaraq rayon mənzil kommunal təsərrüfatı birliyinə…
Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub

Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub

‎26 sentyabr tarixində Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Səməd Vurğun adına Mərkəzi Kitabxanasında şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Anım mərasimində şəhidlərin valideynləri və…
Bərdədə yol xətləri və piyada keçidləri yenilənir -VİDEO

Bərdədə yol xətləri və piyada keçidləri yenilənir -VİDEO

  https://youtu.be/BtmKBdDpLGM?si=buug06ACjil9knxs Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin yol infrastrukturunun yaxşılaşdırılması və şəhərdə hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti üzrə etdiyi müraciət əsasında Bərdə şəhərində avtomobil yollarında yol xətlərinin…