Zümürxan kəndində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

Zümürxan kəndində 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

Zümürxan kənd Mədəniyyət Evində 27 Sentyabr – Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar “Tarixi zəfərimizə gedən yol” başlığı altında tədbir keçirilib.
Tədbirdə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların keçdiyi şərəfli döyüş yolundan və göstərdikləri qəhrəmanlıqlardan söz açılıb.
Daha sonra tədbir iştirakçıları kənddə yerləşən şəhidlər abidəsini ziyarət ediblər. Şəhidlərimizin xatirəsinə abidə önünə gül-çiçək dəstələri düzülüb, onların ruhuna dualar oxunub.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Onların qəhrəmanlığı və Vətən uğrunda göstərdikləri fədakarlıq gələcək nəsillərə örnək olacaq.