Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə “Müstəqilliyimiz – qürurumuz, gələcəyimiz!” adlı tədbir keçirilib.
Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycanın müstəqilliyinin bərpasına aparan tarixi yol, xalqımızın azadlıq mübarizəsi və dövlət müstəqilliyinin əhəmiyyəti diqqətə çatdırılıb.
Kollecin direktoru Xosrov Musayev, eləcə də dəvət olunmuş qonaqlar çıxışlarında müstəqilliyin qorunmasının, milli-mənəvi dəyərlərin yaşadılmasının və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirin bədii hissəsində tələbələr şeir kompozisiyası, “Müstəqillik mənim üçün nədir?” adlı videoçarx, milli və Qafqaz rəqsləri, həmçinin vətənpərvərlik mövzusunda mahnı ilə çıxış ediblər.
Tədbir gənclərdə milli qürur, dövlətçilik düşüncəsi və vətənpərvərlik hisslərinin gücləndirilməsinə töhfə verib.
Müstəqilliyimiz əbədi, dövlətçiliyimiz sarsılmaz olsun!
Musa Muradlı-Baxar.az

