Ağdamda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub

Ağdamda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub

Aksiyada Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyanın əsas məqsədi şəhidlərin əziz xatirəsini yad etmək, ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə vermək olub.
Aksiyada çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 27 Sentyabr – Anım Günü ərəfəsində keçirilən tədbirin xüsusi mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi xalqımız tərəfindən hər zaman böyük ehtiram və dərin hörmətlə yad edilir.
Sonda aksiya iştirakçıları tərəfindən ağaclar əkilib, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması istiqamətində müvafiq işlər görülüb.

Baxar.az