Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, Abidə önünə tər çiçək dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
Sonra Füzuli Dövlət Dram Teatırının akt zalında keçirilən tədbirdə əvvəlcə dövlət himni səsləndi və Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə prokurorluq orqanlarının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə Rayon prokuroru Ramiz Əliyev çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışdı.
Daha sonra Füzuli Rayon Məhkəməsinin sədri çıxış edərək prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, hüquq-mühafizə orqanları arasında qarşılıqlı əməkdaşlığın qanunun aliliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun atası da çıxış edərək prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. O, Azərbaycan Prokurorluğunun formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatların qanunun aliliyinin və hüquq qaydasının möhkəmləndirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb. Alı Alıyev dövlətçiliyin, insan hüquq və azadlıqlarının qorunmasında prokurorluq işçilərinin məsuliyyətli və şərəfli fəaliyyətinə uğurlar arzulayıb.
Sonda 1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı Günü münasibətilə bir qrup prokurorluq əməkdaşına Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən Fəxri Fərmanlar təqdim olunub.



