Bərdədə yol polisi əməkdaşları sükan arxasında halı pisləşən şəxsə kömək ediblər
Bu gün saat 20:00 radələrində Bərdə şəhərində yol polisi əməkdaşları sükan arxasında halı pisləşən şəxsə kömək göstəriblər.
Belə ki, 540 dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobilində xidmət aparan dörd polis əməkdaşı sükan arxasında vəziyyəti pisləşən Vidadi Adıgözəlova yaxınlaşaraq ona ilkin yardım göstəriblər.
Vidadi Adıgözəlovun öz istəyinə əsasən, polis əməkdaşları onu xidməti avtomobillə evinə aparıblar.
Hazırda Vidadi Adıgözəlovun vəziyyətinin yaxşı olduğu bildirilir.
Hadisə ilə bağlı Rövşən Süleymanov öz Facebook səhifəsində paylaşım edib. O, paylaşımında polis əməkdaşlarına göstərdikləri diqqət və köməyə görə təşəkkürünü bildirib.
Rövşən Süleymanov həm öz adından, həm də dostu Vidadi Adıgözəlovun adından polis əməkdaşlarına minnətdarlığını ifadə edib.

