Bərdədə elektrik cərəyanı 54 yaşlı kişinin həyatına son qoydu

Bərdədə elektrik cərəyanı 54 yaşlı kişinin həyatına son qoydu

Baxar.az-ın məlumatına görə, hadisə dünən saat 10 radələrində Bərdə rayonunun Mollalı kəndində baş verib.

1972-ci il təvəllüdlü kənd sakini Mahir Həsən oğlu Həsənov fermada heyvanları yemləyən zaman elektrik cərəyanının təsirinə məruz qalıb. Hadisə nəticəsində o, dünyasını dəyişib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.