Bərdədə İctimai müzakirə keçirilib

Bərdədə İctimai müzakirə keçirilib

Bərdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şura ictimai müzakirə təşkil edib

Oktyabrın 2-də Bərdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə: şəffaflıq, qanunçuluq, ictimai nəzarət” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə Bərdə RİHB aparatının, hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının nümayəndələri, QHT-lər, Ağsaqqallar Şurası və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müzakirəyə İctimai Şuranın sədr müavini Musa Muradlı moderatorluq edib. O, korrupsiyaya qarşı mübarizədə şəffaflığın, qanunçuluğun və ictimai nəzarətin mühüm rolunu vurğulayıb.
İctimai Şuranın sədri Vüsal Bayramov çıxışında bildirib ki, korrupsiyanın qarşısının alınması yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmamalı, korrupsiya risklərinin əvvəlcədən müəyyənləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində işlər gücləndirilməlidir. O, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında açıq dialoqun əhəmiyyətini qeyd edib.
Bərdə Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Zaur Quliyev korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin əsas müddəaları barədə məlumat verib.
Bərdə Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərid Şükürov korrupsiya risklərinin qarşısının alınması istiqamətində görülən tədbirlərdən danışıb, bir sıra xidmətlərin elektron sistemlər üzərindən həyata keçirilməsinin şəffaflığın artırılmasına xidmət etdiyini bildirib.
Tədbirdə Hacı Ramazan Hüseynov, Bərdə Ağsaqqallar Şurasının sədr müavini Yamən Qasımzadə və Veteranlar Birliyinin rayon təşkilatının sədri Gəray Əsədov da çıxış edərək müzakirənin əhəmiyyətini vurğulayıblar.
Sonda İctimai Şuranın katibi Əhliman Hümbətov çıxış edib.
Müzakirə zamanı iştirakçıların sualları dinlənilib, fikir və təkliflər səsləndirilib. Tədbir qarşılıqlı fikir mübadiləsi və konstruktiv dialoq şəraitində başa çatıb.