Bərdədə fəaliyyət göstərən marketlərdə qida məhsullarının saxlanma şəraitinin, xüsusilə temperatur rejiminin tələblərə uyğun olub-olmaması ilə bağlı suallar yaranır.
Mağazada müxtəlif qida məhsulları hansı temperatur rejimində saxlanılmalıdır?
Soyutma sistemlərinin lazımi səviyyədə işlədilmədiyini müşahidə edən müştəri hara müraciət edə bilər?
Marketlərdə quraşdırılan soyuducu və dondurucu avadanlıqların temperatur rejiminə uyğun işləməsinə nəzarət və monitorinq aparılırmı?
Elektrik enerjisinə qənaət məqsədilə soyuducuların temperaturu aşağı salınırmı? Bu hal məhsulların tələb etdiyi temperatur rejiminə uyğunluğa təsir edirmi?
Mağazaların rəflərində və soyuducu vitrinlərdə satılan qida məhsulları müəyyən edilmiş temperatur rejiminə uyğun şəraitdə saxlanılırmı?
Aidiyyəti qurumlar tərəfindən Bərdə marketlərində temperatur rejiminə, soyuducu avadanlıqların işlək vəziyyətinə və məhsulların saxlanma şəraitinə mütəmadi monitorinqlər həyata keçirilirmi?
İstehlakçıların sağlamlığı baxımından bu məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılırmı ?
Aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülürmü ?

