Bu gün saat 17:30 radələrində Bərdə rayonunun Şörəlli kəndində yanğın hadisəsi baş verib.
Hadisə 1963-cü il təvəllüdlü Aslanova Leyla Yusif qızına məxsus həyətyanı sahədə qeydə alınıb.
Yanğın nəticəsində kol-kosdan ibarət 10 poqonmetr uzunluğunda çəpər, 2 ədəd ağac və ümumi sahəsi 25 kvadratmetr olan tövlənin dam örtüyünün taxta atmaları yanıb.
Hadisə yerinə Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın zamanı tikilinin qalan hissəsi, eləcə də həyətyanı sahədə yerləşən digər bitişik tikililər yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət yoxdur.
Yanğının başvermə səbəbləri araşdırılır.
Vüsal Bayramov

