Bərdə rayonunun Sənaye küçəsində “Mercedes Panoroma” markalı minik avtomobili ilə motosiklet toqquşub.
Yol-nəqliyyat hadisəsi nəticəsində motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım vasitəsilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.





