Dünyada hər il 400 milyondan çox insan pestisidlərdən zəhərlənir – yeni araşdırma
Dünyada hər il 402–433 milyon insan pestisidlərlə bağlı təsadüfi kəskin zəhərlənməyə məruz qalır. Təxminən 11 min hadisə isə ölümlə nəticələnir.
Bu barədə Frontiers in Public Health jurnalında 2 sentyabr 2026-cı ildə dərc olunan yeni araşdırmada məlumat verilib.
Tədqiqatçılar pestisidlərlə bağlı zəhərlənmələrin qlobal miqyasını yenidən qiymətləndiriblər. Araşdırma çərçivəsində 214 elmi nəşr və Ümumdünya Səhiyyə Təşkilatının ölüm məlumatları bazası təhlil olunub. Ümumilikdə 139 ölkədən məlumatlar nəzərə alınıb.
Nəticələrə əsasən, ölümə səbəb olmayan kəskin pestisid zəhərlənmələrinin ən çox yayıldığı regionlar Cənubi və Cənub-Şərqi Asiya, eləcə də Şərqi Afrikadır.
Mütəxəssislər xüsusilə yüksək təhlükəli pestisidlərin istifadəsinin azaldılmasının vacibliyini vurğulayırlar. Onların fikrincə, pestisidlərdən istifadənin daha təhlükəsiz idarə olunması və risklərin azaldılması milyonlarla zəhərlənmə halının qarşısının alınmasına kömək edə bilər.
Araşdırmada qeyd olunan rəqəmlər cari ilin faktiki statistikası kimi qiymətləndirilməməlidir. Göstəricilər əvvəlki illərə aid elmi tədqiqatlar və ölüm məlumatları əsasında hesablanıb və dünyada problemin illik təxmini miqyasını əks etdirir.
Mənbə:TOXİCNET
Baxar.az
