Pensiya alanlara ŞAD XƏBƏR: pullar bu tarixdə veriləcək

Pensiya alanlara ŞAD XƏBƏR: pullar bu tarixdə veriləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Bu barədə Baxar.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, rayonlarda qeydiyyatda…
Bazar günü söhbətləri

Bazar günü söhbətləri

Bazar günü söhbətləri Su kimi olmaq: Yumşaqlıq həqiqətən zəiflikdirmi? "Dünyada sudan daha yumşaq və zəif görünən heç nə yoxdur. Amma sərt və möhkəm olanı məhz su aşındırır." Lao Tszi –…
Mədəniyyət Nazirliyində Pakistan səfiri ilə görüş olub.

Mədəniyyət Nazirliyində Pakistan səfiri ilə görüş olub.

Mədəniyyət Nazirliyində Pakistan səfiri ilə görüş olub Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb. Səfiri səmimi salamlayan…
Bərdə ASAN Xidmət mərkəzinin notariat bölməsindən məmnunluq var

Bərdə ASAN Xidmət mərkəzinin notariat bölməsindən məmnunluq var

Minnətdarlıq duyğusu ilə…

Bu gün Bərdə ASAN Xidmət Mərkəzində notarius xidməti ilə bağlı müraciətimiz zamanı notarius Bənövşə Mərdan qızı Əlizadənin peşəkarlığına, yüksək mədəniyyətinə və vətəndaşlara göstərdiyi nəzakətli münasibətə bir daha şahid olduq.

Bəzən bir dövlət qulluqçusunun təbəssümü, diqqəti, səbirlə dinləməsi və qanunun tələblərini sadə dillə izah etməsi insanda dövlətə olan inamı daha da artırır. Bənövşə xanım məhz belə xidmət göstərən, tutduğu vəzifənin məsuliyyətini dərindən dərk edən ziyalı dövlət qulluqçularındandır.

Onun fəaliyyəti mənə istər-istəməz uzun illər Bərdə rayonunda notarius kimi çalışmış, peşəkarlığı, prinsipiallığı və insanlara münasibəti ilə hər kəsin hörmətini qazanmış Mərdan müəllimi xatırlatdı. Mərdan müəllim təkcə notarius deyildi, o, öz fəaliyyəti ilə bir peşəkarlıq məktəbi yaratmışdı. Bu gün həmin məktəbin ən gözəl davamçılarından biri kimi Bənövşə xanımı görmək qürurvericidir. O, atasının qazandığı etimadı öz əməli, davranışı və peşəkar fəaliyyəti ilə layiqincə yaşadır.

İnsanlar yaxşı xidməti görərkən bunu dilə gətirməyi də bacarmalıdırlar. Tənqid qədər təşəkkür də cəmiyyət üçün vacibdir. Bu səbəbdən Bənövşə Mərdan qızı Əlizadəyə vətəndaşlara göstərdiyi nümunəvi münasibətə, peşəkarlığına və yüksək etik davranışına görə səmimi minnətdarlığımı bildirir, ona möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli fəaliyyətində yeni uğurlar arzulayıram.

Belə insanlar dövlət qulluğunun nüfuzunu qoruyan və cəmiyyətdə etimadı gücləndirən əsl ziyalılardır.
Baxar. az saytının baş redaktoru Musa Muradlı
#Asanxidmət
#notariat

Metroda NFC ilə keçiddə PROBLEM YARANDI

Metroda NFC ilə keçiddə PROBLEM YARANDI

Bakı metrosunda NFC (təmassız ödəniş) texnologiyası vasitəsilə keçid zamanı texniki problem yaranıb. Ölkə.az xəbər verir ki, bu barədə Oxu.az-ın qaynar xəttinə məlumat daxil olub. Qeyd olunub ki, hazırda sərnişinlər turniketlərdən NFC…
Rəsmi Bakı elan etdi – Azərbaycan bu işlərə dəstək verəcək

Rəsmi Bakı elan etdi – Azərbaycan bu işlərə dəstək verəcək

Koreya Respublikasının Busan şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 48-ci sessiyası çərçivəsində Azərbaycanın İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinə (SIDS) dəstək məqsədi daşıyan yeni beynəlxalq proqramı təqdim olunub. Bu barədə…
Peşə təhsil müəssisələrinə qəbul başladı

Peşə təhsil müəssisələrinə qəbul başladı

Peşə təhsil müəssisələrinə qəbul başlayıb. Ölkə.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə deyib.…