Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.

Oxu. Az xatırladır ki, ölkədə ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Zamanında böyük risklərə baxmayaraq, Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməyə nail oldu. O dövrdə bu, təkcə qəzet çıxarmaq deyildi, həm də xalqı oyatmaq, maarifləndirmək, düşüncəyə təkan vermək idi. Ana dilində ilk mətbu orqan olan “Əkinçi” cəmi iki il yaşasa da, 56 nömrəsi ilə bütöv bir dövrün güzgüsünə çevrildi.

Təəssüf ki, maarifçilik missiyası çar rejimi üçün “təhlükəli ideya” kimi qiymətləndirildi və qəzetin ömrü yarımçıq qaldı. Amma bu başlanğıc artıq dönüşü olmayan bir yol açmışdı – Azərbaycan mətbuatı doğulmuşdu.