Zümürxan Kənd Mədəniyyət Evinin əməkdaşları şəhid Məhəmməd Allahverənovun anım tədbirində iştirak ediblər

Zümürxan Kənd Mədəniyyət Evinin əməkdaşları şəhid Məhəmməd Allahverənovun anım tədbirində iştirak ediblər

‎ Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Zümürxan Kənd Mədəniyyət Evinin əməkdaşları şəhid Məhəmməd Allahverənovun anım tədbirində iştirak ediblər.
Tədbir çərçivəsində şəhidin qəbirüstü abidəsi ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Daha sonra iştirakçılar şəhidin xatirəsinə yaradılmış ev muzeyini ziyarət ediblər.
Anım mərasimində şəhid ailələrinin üzvləri, atalar və analar, Bərdə rayonunun dindarlarının rəhbəri axund Hacı Ramazan, Veteran, Əlil və Şəhid Ailələri Təşkilatının sədri Etibar xanım Hüseynova, kənd sakinləri, eləcə də Ağdam rayonunun 143 saylı məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Mərasimdə molla Cahangir və dini rəhbər axund Hacı Ramazan tərəfindən şəhidin ruhuna Qurani-Kərimdən ayə və surələr oxunub, dualar edilib. Tədbir iştirakçıları şəhidin anası Səadət anaya və əmisi İbrahim əmiyə səbir, dözüm və möhkəm iradə arzulayıblar.
Çıxışlarda şəhid Məhəmməd Allahverənovun döyüş yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan söz açılıb. Onun şücaətinin və Vətənə sədaqətinin gənc nəslə örnək olduğu vurğulanıb.
Zümürxan Kənd Mədəniyyət Evinin əməkdaşlarının hazırladığı bədii hissədə şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Anım tədbirinin davamında iştirakçılar şəhidin doğulduğu evə baş çəkib, burada təşkil olunan ehsan süfrəsində iştirak ediblər. Şəhid Məhəmməd Allahverənovun xatirəsinə yaradılmış ev muzeyinin ziyarəti ilə tədbir başa çatıb.

Musa Muradlı-Baxar.az