Loğman Abbasov – adı ilə peşəsi bir olan həkim

Loğman Abbasov – adı ilə peşəsi bir olan həkim

Loğman həkim üçün həkimlik yalnız bir peşə deyil.

Bəzi insanlar var ki, onların peşəsi sadəcə seçdikləri sənət deyil, sanki talelərinə yazılmış missiyadır. Loğman Abbasov da məhz belə insanlardandır. Adı ilə peşəsi bir olan, həkimlik üçün dünyaya gəlmiş Loğman doktor həkim ailəsində böyüyüb və Tanrının ona bəxş etdiyi bu müqəddəs missiyaya ömrünü həsr edib.

Loğman həkim üçün həkimlik yalnız bir peşə deyil. Bu, insanlara xidmət etmək, onların ağrısını öz ağrısı bilmək, xəstənin ümidini yaşatmaq və ən çətin anda ona dayaq olmaqdır. Mədə-bağırsaq xəstəlikləri sahəsində zəngin biliyi, uzun illərin təcrübəsi və həkimlik duyumu onu həmkarlarından fərqləndirən əsas xüsusiyyətlərdəndir. Bəzən onun xəstə ilə sadəcə söhbət etməsi belə problemin mahiyyətini anlamağa kifayət edir. Bu, kitablardan öyrənilməyən, yalnız əsl həkimlərdə olan fitri istedaddır.

İllərdir Bərdə səhiyyəsində çalışan Loğman doktorun əllərindən şəfa tapan yüzlərlə insan var. Onun fəaliyyəti yalnız tibbi xidmət göstərməkdən ibarət deyil. O, insanların həyatına toxunur, ailələrə ümid, xəstələrə inam bəxş edir. Bu isə həkimlikdən daha böyük bir məna daşıyır – bəşəriyyətə xidmət.

Loğman Abbasovun baş həkim vəzifəsinə layiq görülməsi də təsadüfi deyil. Bu etimad onun peşəkarlığına, biliyinə, idarəçilik bacarığına və insan kimi yüksək keyfiyyətlərinə verilən dəyərin göstəricisidir. Xəstəxananın direktoru Vüsal Məmmədovun bu seçimlə bağlı verdiyi qərar həm də bir həqiqəti göstərir: savadlı və peşəkar rəhbərlər öz ətraflarına savadlı, peşəkar və işinin məsuliyyətini dərk edən insanları toplamaqdan çəkinmirlər.

Əziz Loğman həkim!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm! Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, həkimlik fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Qoy şəfa verdiyiniz hər insanın duası həyat yolunuza işıq olsun. Qoy bu müqəddəs peşədə qazandığınız hörmət və etimad daim artsın.

Siz necə ki, illərdir insanların sağlamlığına xidmət edirsiniz, həyat da sizə həmişə sağlamlıq, sevinc və gözəl günlər bəxş etsin.

Ad gününüz mübarək, Loğman doktor! Tanrı sizi qorusun, şəfanız və əliniz həmişə var olsun!