Bərdə şəhərində fəaliyyət göstərən bəzi geyim mağazaları ilə bağlı istehlakçı narazılıqları artır. İddialara görə, yüksək qiymətə satılan bəzi geyimlər cəmi 3–4 gün istifadə olunduqdan sonra, hələ yuyulmamış belə rəngini itirir, qızarır, bozarıb yararsız hala düşür.
Alıcılar bildirirlər ki, məhsul alınarkən keyfiyyətli olduğu deyilsə də, qısa müddət sonra paltarın istifadəyə yararsız vəziyyətə düşməsi onların aldadıldıqları barədə ciddi şübhələr yaradır.
Hazırda redaksiyamız bu iddialarla bağlı araşdırma aparır. Hansı geyim mağazasının keyfiyyətsiz məhsul satdığı, alıcıların hansı mağazadan şikayət etdiyi və məsul şəxslərin mövqeyi araşdırılır. Araşdırmanın nəticələri dəqiqləşdirildikdən sonra ictimaiyyətə təqdim olunacaq.
Bəs Bərdədə satılan geyimlərin keyfiyyətinə kim nəzarət edir? İstehlakçı hüquqları necə qorunur? Aidiyyəti qurumların bu məsələyə münasibəti necə olacaq?
Mövzunu diqqətdə saxlayacağıq.
Vüsal Rafiqoğlu

