Bərdədə “Gənclik platforması: Fəaliyyət, İnkişaf, Gələcək” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunan tədbir Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun və Bərdə regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbirdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov, Bərdə regional “ASAN xidmət” mərkəzinin Vətəndaşların hüquqlarının təminatı sektorunun müdiri Sərxan Nadirxanov çıxış edərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər Siyasətinin bugün də dövlət başçımız tərəfindən uğurla həyata keçirilməsindən, gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələləri və digər məsələlərlə bağlı hazırlanmış Dövlət Proqramlarından, Azərbaycan gəncliyinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsindən danışıblar.
Tədbirdə Dövlət Gənclər Siyasətindən irəli gələn vəzifələrin həyata keçirilməsində fəallıq göstərən bir qrup gənc Qarabağ Regional Gənclər və İdman İdarəsinin Fəxri Diplomları ilə mükafatlandırılıb.

