Bərdə Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin özəl tibb müəssisələrində yoxlama aparmaq səlahiyyəti varmı?
Bərdə rayonunda fəaliyyət göstərən özəl xəstəxanalarda, laboratoriyalarda və stomatoloji klinikalarda sanitariya-gigiyena qaydalarına nəzarəti Bərdə Rayon Gigiyena və Epidemiologiya Mərkəzi həyata keçirirmi?
Mərkəzin bu özəl tibb müəssisələrində planlı və ya plandankənar yoxlamalar aparmaq, sanitariya-gigiyena normalarına əməl olunmasını yoxlamaq, monitorinqlər keçirmək və aşkar edilən pozuntularla bağlı inzibati tədbirlər görmək səlahiyyəti varmı?
Səhiyyə Nazirliyi tərəfindən Bərdə Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə bu sahədə hansı səlahiyyətlər verilib?
Bu sualların cavabı həm tibb sahəsində çalışanları, həm də vətəndaşları maraqlandırır və məsələ ictimai maraq doğurur.
