Bərdədə fəaliyyət göstərən diş klinikalarında vəziyyət necədir? – Cavab gözləyən suallar

Bərdədə fəaliyyət göstərən diş klinikalarında vəziyyət necədir? – Cavab gözləyən suallar

Bərdədə fəaliyyət göstərən bütün diş klinikalarının və stomatoloji kabinetlərin lisenziyası varmı?

Bu klinikalarda çalışan bütün həkim-stomatoloqların praktik tibb fəaliyyəti üçün sertifikatları mövcuddurmu?

Diş texniklərinin müvafiq peşə təhsili və ixtisasını təsdiq edən sənədləri varmı?

Klinikalarda sanitariya-gigiyena qaydalarına tam əməl olunurmu?

Hər pasiyentdən sonra istifadə olunan alətlər sterilizasiya və dezinfeksiya edilirmi?

Sterilizasiya üçün istifadə olunan avadanlıqlar işlək vəziyyətdədir və mütəmadi yoxlanılırmı?

Birdəfəlik istifadə üçün nəzərdə tutulan ləvazimatlardan təkrar istifadə halları varmı?

Tibbi tullantılar qanunvericiliyin tələblərinə uyğun şəkildə utilizasiya olunurmu?

Pasiyentlərin Hepatit B, Hepatit C və digər yoluxucu infeksiyalardan qorunması üçün bütün təhlükəsizlik tədbirləri görülürmü?

Bu klinikalarda Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən mütəmadi yoxlamalar aparılırmı?

Son illərdə Bərdədə hansı diş klinikalarında yoxlama keçirilib və nəticələri ictimaiyyətə açıqlanıbmı?

Qanunsuz fəaliyyət göstərən və ya gigiyena qaydalarını pozan klinikalarla bağlı hansı tədbirlər görülüb?

Bu sualların cavablandırılması həm vətəndaşların sağlamlığının qorunması, həm də stomatoloji xidmətlərin keyfiyyətinin artırılması baxımından böyük əhəmiyyət daşıyır. Aidiyyəti qurumların məsələyə aydınlıq gətirməsi ictimai maraqlara xidmət edər.