Bərdədə Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub

Bərdədə Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub

01 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Bərdə rayonunda tədbir keçirilib.

Qeyd edək ki, Prokurorluq işçilərinin peşə bayramı günü Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə təsis edilib.
Peşə bayramı günü ilə əlaqədar Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə Rayon Prokuroru Rəşad İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Bərdə Rayon Prokurorluğunun əməkdaşları şəhərin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Peşə bayramı münasibətilə prokurorluq əməkdaşlarına dövlətçiliyimizin və qanunun aliliyinin qorunması istiqamətində məsuliyyətli fəaliyyətlərində uğurlar və müvəffəqiyyətlər arzulanıb.