09 oktyabr 2026-cı il tarixində III Beynəlxalq Xankəndi Ultramarafonunun ikinci mərhələsi Bərdə rayonunda yekunlaşıb.
Ağdaş rayonundan start götürən idmançılar 63,5 km məsafəni qət edərək Bərdəyə çatıblar.
Mərhələnin yekunlarına əsasən qaliblərin təltifetmə mərasimi keçirilib. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov və aparatın əməkdaşları iştirak edərək idmançıları qarşılayıb, qalibləri təbrik edib və onlara medallar təqdim ediblər.
Mərhələnin nəticələrinə görə kişilər arasında David Xarazişvili (Gürcüstan) birinci, Andrey Eqorov (Litva) ikinci, Azərbaycan təmsilçisi Elşad Nəsibov üçüncü yeri tutub. Qadınlar arasında isə Olena Şevçenko (Ukrayna) birinci, Leyla Abdınova (Rusiya) ikinci, Natalya Vallek (Azərbaycan) üçüncü olub.
Qeyd edək ki, ümumi uzunluğu 192 km olan ultramarafon dörd mərhələdən ibarətdir. Qəbələdən start götürən yarış Xankəndi şəhərində başa çatacaq. İlk dəfə 2024-cü ildə keçirilən və ənənəvi xarakter alan ultramarafon Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, Bakı Şəhər Halqası və “Zəfər Qaçış Klubu”nun birgə təşkilatçılığı ilə həyata keçirilir.
Baxar.az


