Bərdə şəhərinin Molla Pənah Vaqif küçəsində təmir-bərpa işləri aparılır-VİDEO

Bərdə şəhərinin Molla Pənah Vaqif küçəsində təmir-bərpa işləri aparılır-VİDEO

 

Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bərdə Bələdiyyəsi tərəfindən şəhərin Molla Pənah Vaqif küçəsində abadlıq və təmir-bərpa işləri həyata keçirilir.

İşlər çərçivəsində küçədə 250 kvadratmetr bordür yenisi ilə əvəz olunub. Hazırda isə 1800 kvadratmetr sahədə suvaq və boya işləri aparılır.

Aparılan işlərin əsas məqsədi şəhərin küçə və prospektlərinin abadlaşdırılması, onların estetik görünüşünün yaxşılaşdırılması və sakinlər üçün daha əlverişli mühitin yaradılmasıdır.