Bərdə məktəbinin 44 məzunu ali məktəbə qəbul olub
2025–2026-cı tədris ilində Bərdə şəhər F.M. Muradov adına 7 nömrəli tam orta məktəbin məzunlarından 44 nəfər ali təhsil müəssisələrinə qəbul olub.
Məzunlar Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti və digər ali təhsil müəssisələrində müxtəlif ixtisaslara qəbul olunublar.
Qəbul olunan məzunlar arasında tibb, hərbi tibb, informasiya texnologiyaları, hüquqşünaslıq, mühəndislik, iqtisadiyyat, menecment, sosial iş, biologiya, tərcümə, müəllimlik və digər ixtisasları seçənlər var.
Məktəbin ali məktəbə qəbul olan məzunları:
Abdullazadə Eldar Şamxal oğlu — Azərbaycan Tibb Universiteti, Hərbi tibb
Baxışov Musa İntiqam oğlu — Azərbaycan Tibb Universiteti, Hərbi tibb
Ələsgərova Nərmin Xəqani qızı — Azərbaycan Tibb Universiteti, Tibb
Məmmədzadə Zəhraxanım Rüstəm qızı — Azərbaycan Tibb Universiteti, Fizioterapiya
Həsənzadə Xanlar Aqil oğlu — Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, İnformasiya Texnologiyaları
Bağırov Məhəmməd Tural oğlu — Azərbaycan Universiteti, Dövlət və İctimai Münasibətlər
Əkbərova Zəhra Zaur qızı — Azərbaycan Texniki Universiteti, Mexatronika və robototexnika mühəndisliyi
Əhmədova Zəhra Ruslan qızı — Bakı Slavyan Universiteti, Tərcümə (Azərbaycan–rus dili)
Səfərzadə Şəhla Cavanşir qızı — Azərbaycan Dövlət İqtisad Universiteti, Dövlət və bələdiyyə idarəetməsi
Məmmədova Vəfa Çingiz qızı — Odlar Yurdu Universiteti, Filologiya
Firudinli Əli Məzahir oğlu — Azərbaycan Texniki Universiteti, Kimya mühəndisliyi
Cəfərquliyev Azər Elmir oğlu — Azərbaycan Turizm və Menecment Universiteti, Menecment
Məhərrəmli Aysu Rəhman qızı — Mingəçevir Dövlət Universiteti, İqtisadiyyat
Əhmədov Tofiq Seymur oğlu — Bakı Avrasiya Universiteti, Dövlət və bələdiyyə idarəetməsi
Vəliyev Nurəli Elsevər oğlu — Azərbaycan Texnologiya Universiteti, Dövlət və bələdiyyə idarəetməsi
Rəhimov Kamil Hikmət oğlu — Türkiyə, Alanya Alaaddin Keykubat Universiteti
Zülfiqarlı Mətin Cəfər oğlu — Azərbaycan Tibb Universiteti, Hərbi tibb
Əliyeva Nigar Nicat qızı — Sumqayıt Dövlət Universiteti, Biologiya
Məmmədova Nəzrin Ramiz qızı — Odlar Yurdu Universiteti, Sosial iş
İskəndərli Güllü Rövşən qızı — Bakı Mühəndislik Universiteti
Həsənzadə Cansu Yaşar qızı — Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Sosial iş
Ağamirov Mirpərvin Vüqar oğlu — Qarabağ Universiteti, Tibb
Muradzadə Gülay Samir qızı — Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sosial iş
Bilalova Xədicə Səbuhi qızı — Dövlət Gömrük Komitəsinin Akademiyası, İnformasiya texnologiyaları
Həsənov Bayram Sərdar oğlu — Bakı Dövlət Universiteti, Regionşünaslıq
Mürsəlova Şölə Mamed qızı — Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Cavadov Hüseyn Elşən oğlu — Azərbaycan Dövlət İqtisad Universiteti, Menecment
Babayev Ömər Vüqar oğlu — Azərbaycan Texnologiya Universiteti, Sənaye mühəndisliyi
Əhmədzadə Nurlan Bəhlul oğlu — Mingəçevir Dövlət Universiteti, Elektrik və elektronika mühəndisliyi
Naibli Mülkədar Ehtiram oğlu — Azərbaycan Dövlət İqtisad Universiteti, Biznesin idarə edilməsi
Əlizadə Əli Samir oğlu — Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Energetika mühəndisliyi
Ağayeva Aysu Faiq qızı — Gəncə Dövlət Universiteti, Biologiya
İmranov Zabil Teymur oğlu — Sumqayıt Dövlət Universiteti, Sosial iş
Həsənli Əhməd Sənan oğlu — Bakı Dövlət Universiteti, Turizm
Şərifova Günel Ruslan qızı — ADA Universiteti, Hüquqşünaslıq
Muxtarova Zərifə Kamil qızı — Azərbaycan Dillər Universiteti, İngilis dili müəllimliyi
Xıdırova Sona Şamo qızı — Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər
İsmayılov Altay Vüsal oğlu — Azərbaycan Dövlət İqtisad Universiteti, Mühasibat
Abdulkərimova Vüsalə Mərkəz qızı — Bakı Dövlət Universiteti, Sosial iş
İsmayılov Zöhrab Rövşən oğlu — Mingəçevir Dövlət Universiteti, Maliyyə
Məcdunov Vüsal Şamil oğlu — Azərbaycan Texnologiya Universiteti, Biznesin idarə edilməsi
Rüstəmova Xədicə Səbuhi qızı — Azərbaycan Dövlət İqtisad Universiteti, İqtisadiyyat
Vəlizadə Şövkət Anar qızı — Kooperasiya Universiteti, İngilis dili tərcüməçiliyi
Musazadə Elcan Vüsal oğlu — Türkiyə universitetlərindən birinə qəbul olub.
Məktəb kollektivini, məzunları və onların valideynlərini bu uğur münasibətilə təbrik edir, tələbə adını qazanan gənclərə təhsillərində uğurlar arzulayırıq.
