Bərdədə baş verən qəzada 2 nəfər xəsarət alıb -VİDEO

Bərdədə baş verən qəzada 2 nəfər xəsarət alıb -VİDEO

Bərdə-Ağdam yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, qəza nəticəsində “Mercedes” və “Lada” markalı iki minik avtomobili toqquşub.

Hadisə zamanı 1957-ci il təvəllüdlü Bərdə rayonunun Zümürxan kənd sakini Nəbiyeva Nərgiz Mahmud qızı və 1978-ci il təvəllüdlü Zümürxan kənd sakini Xudayerdiyev Zaur Zabil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda qəzanın baş vermə səbəbləri və digər hallar araşdırılır.