Bərdə rayonunda şəhid Fəqan Ziyadovun anım mərasimi keçirildi

Bərdə rayonunda şəhid Fəqan Ziyadovun anım mərasimi keçirildi

Bərdə rayonunda şəhid Fəqan Ziyadovun anım mərasimi keçirildi

30 oktyabr 2026-cı il tarixində Bərdə rayonunun Mustafaağalı kəndində Vətən müharibəsi şəhidi Ziyadov Fəqan Ziyad oğlunun şəhadətə yüksəlməsinin 6-cı ildönümü münasibətilə məzarı önündə anım mərasimi keçirildi.

Mərasim iştirakçıları şəhidimizin məzarını ziyarət edərək önünə gül dəstələri düzdülər, ruhuna dualar oxudular.

Şəhidimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.

Vətən uğrunda canından keçən qəhrəmanlarımız heç zaman unudulmur. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Ruhun şad, məkanın cənnət olsun, əziz şəhidimiz Fəqan!