Bərdədə rəqəmsal inkişaf və elektron sənəd dövriyyəsi müzakirə olunub -VİDEO

Bərdədə rəqəmsal inkişaf və elektron sənəd dövriyyəsi müzakirə olunub -VİDEO

Bərdə Rayon İcra Hakimiyyətində rəqəmsal inkişafın sürətləndirilməsi və elektron sənəd dövriyyəsinin tətbiqi ilə bağlı iclas keçirilib.

İclasda RİHB aparatının əməkdaşları, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, idarə və müəssisələrin rəhbərləri, həmçinin bələdiyyə nümayəndələri iştirak ediblər.

 

RİHB aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Sadiq Xəlilov elektron sənəd dövriyyəsinin tətbiqi, sənədlərin elektron qəbulu və icrasına nəzarətin gücləndirilməsi, eləcə də “myGov” vasitəsilə daxil olan vətəndaş müraciətlərinin operativ idarə olunması barədə məlumat verib.

 

İclasda elektron sistemlərdən səmərəli istifadə, qurumlararası məlumat mübadiləsinin genişləndirilməsi və vahid rəqəmsal iş prosesinin formalaşdırılması məsələləri də müzakirə olunub.

Sonda qarşıda duran vəzifələrlə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verilib.