Bərdədə Milli Musiqi Günü musiqi sədaları ilə qeyd olunub-VİDEO

Bərdədə Milli Musiqi Günü musiqi sədaları ilə qeyd olunub-VİDEO

 

 

18 Sentyabr – Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Bərdə Rayon Mədəniyyət Mərkəzi və Bərdə şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

 

Bərdə şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdə məktəbin müəllim kollektivi iştirak edib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Daha sonra Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış edərək Milli Musiqi Gününün əhəmiyyətindən danışıb. O, Azərbaycan musiqisinin zəngin və çoxəsrlik ənənələrə malik olduğunu vurğulayıb, milli musiqi mədəniyyətinin inkişafında görkəmli bəstəkarların rolundan söz açıb.

 

Çıxış zamanı bəstəkarın həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.

 

Məktəbin müəllimi Sevinc Hüseynova da çıxış edərək bəstəkarın yaradıcılığından danışıb və onun Azərbaycan musiqi mədəniyyətindəki rolunu diqqətə çatdırıb.

 

Tədbirin bədii hissəsi musiqi nömrələri ilə davam edib. Bəstəkarın yaradıcılığından əsərlər səsləndirilib və musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Sonda Milli Musiqi Gününün Azərbaycan xalqının zəngin musiqi irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyəti vurğulanıb.