Bərdə şəhərinin Sənaye küçəsində yanğın hadisəsi baş verib.
Baxar.az xəbər verir ki, hadisə nəticəsində bələdiyyəyə məxsus ərazidə təxminən 60 kvadratmetr sahədə məişət tullantıları və internet kabeli yanaraq zərər görüb.
Əraziyə Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və 10 nəfər şəxsi heyəti cəlb olunub. Yanğın operativ şəkildə söndürülərək ətraf ərazilərin alovdan mühafizəsi təmin edilib.
Faktla bağlı araşdırma aparılır.

