“Pandemiya Qarabağ münaqişəsinin həllinə heç bir maniə törətmir”

“Pandemiya Qarabağ münaqişəsinin həllinə heç bir maniə törətmir”

Ramiyə Məmmədova: “Ermənistan üçün virusun varlığı, yoxluğu Azərbaycana qarşı olan çirkin niyətini, münasibətini dəyişmir”

 

Koronovirus pandemiyası dünyanı az qala iflic edib. Virus təhlükəsi qlobal inkişafın əsasını təşkil edən inteqrasiya, iqtisadi, mədəni resursslarının öz sərhədlərini bağlayaraq dialoq mühitindən təcrid olma zərurətini yaradıb. Beynəlxalq güclər vəziyyətdən çıxmaq üçün çıxış yolları arayır və bu çətin prosesdə birgə addımların atılması zərurətini ortaya qoyurlar.

 Baxar.az xəbər verir ki, bu və ya digər məsələlərə bağlı Türkiyədə fəliyyət göstərən “Word Ponarama” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyyə Məmmədovanın müsahibəsində aydınlıq gətiriləcək.

- Ramiyə xanım, nüfuzlu beynəlxalq təşkilatların milyonlarla insanın məhvinə səbəb olan xəstəliyin qarşısını almaq üçün dövlətləri birlikdə hərəkət etməyə dəvət etməsi nəyi ifadə edir? Doğrudanmı bu gün böyük dövlətlərin xüsusi maraqları, ümumi maraqlar naminə dəyişib, yoxsa bu proses həmin maraqların daha da radikallaşmasını ifadə edir. Nə baş verir?

- Dünyanı dəhşətə salan COVİD-19 virusu bəşəriyyətə böyük ziyanlar vurmaqla, eyni zamanda dünyanı birləşdirir. Biz bu qorxunc vəziyyətin getdikcə ağırlaşdığını görürük.  Epidemiya Çindən başlasa da, bütün dünya dövlətlərinə yayılıb.  Bu bəlanın qarşısını almaq üçün  dünyanın və bütün dövlətlərin birləşməsi bir şərtdir. Dünya bu virusa qalib gəlməyi dünya siyasətini və iqtisadiyyatını müəyyən edən dövlətlərin, beynəlxalq təşkilatların birləşməsində görür və bunun üçün də müxtəlif çağırışlar edirlər. Təbii ki, bu doğru addımdır. Pandeniyanın nəticələri ən çox kasıb dövlətlər üçün acınacaqlı vəziyyətə gətirib çıxaracaq.  Dünya Səhiyyə Təşkilatı, BMT, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər beynəlxalq təşkilatların və digər güclü dövlətlərin  birgə səyi və gücülü maliyyə dəstəyi nəticəsində pandemiyanın yaratdığı vəziyyətin düzəlməsi və qlobal dünyanın düzəninin qorunub saxlanılmasının tək yolu kimi  görmək olar.  Bu məsələ, əlbəttə ki, “G-20”-nin  keçirildiyi toplantıda da öz əksini tapdı. Güclü dövlətlərin birləşməsi, dünyada çökən iqtisadiyyata ayrılan yardımlar,  işsizliyə görə baş verə biləcək kasıbçılığın qarşısının alınması, səhiyyədəki zəifliyin aradan qaldırılması üçün güclü dövlətlər  ayağa qalxmalı yardım etməldirlər. Çünki artıq hər bir dövlətin şəxsi maraqlarını deyil, ümumi maraqları önə gətirməsi vacibdir. Təbii ki, pandemiyanın nəticəsi olaraq ən çox zərər iqtisadiyyata dəydi.  Bu gün neflə büdcəsini  dolduran dövlətlərə xüsusilə ziyan dəydi.

Bu virusun hardasa bir oyun kimi istifadə olunduğu görünür. Neftin ucuzlaşaraq 25 dollara gəlib çıxması və ABŞ-la Ər-Riyadın neftin qiymətinin artmaması ilə bağlı atdıqları addımlar, kasıb kiçik dövlətlərin iqtisadi baxımdan böyük dövlətlərdən asılı qalmasına,  çökdürülməsinə də gətirib çıxardı. Təbii ki, hər bir ölkənin öz maraqları var və vəziyyət dövlətlər üçün müddətli çətinlik gətirəcək. Xırda dövlətlər böyük dövlətlərdən asılı qalacaqlar. Ona görə də vəziyyətdən daha az itki ilə çıxmaq üçün, problemi düzgün təhlil edən bir çox təşkilatlar virusa qarşı həmrəylik çağırışına qoşulurlar.

“Bu təşkilat regionda sülh yaratmaq üçün Ermənistanı işğalçılıq siyasətindən çəkindirməlidir”

 

-Ramiyə xanım, koronovirus pandemiyası həyacanı sanki dünyada mövcud münqişələrlə bağlı problemlərin həlli məsələsini bir qədər kölgəyə salıb. Pandemiya təhlükəsi nə qədər həyacanlı və ölüm saçıcı olsa da, biz beynəlxalq təşkilatların ikilistandartlı yanaşmaları nəticəsində artıq illərdir bəlli bir faciəni yaşayırıq -Azərbaycan torpaqları işğal altındadır. O da bəllidir ki, separatçı Ermənistan belə bir vəziyyətdə də Azərbaycana qarşı əks təbliğatını aparır, atəşkəsi pozur. Necə hesab edirsiniz, Qarabağın işğaldan azad olunması, sülhün bərqərar olunması istiqamətində hazırda Minsk qrupu missiyasının hansı nəzərə çarpan fəaliyyəti görünür və virus məsələsi işğalçıya qarşı ədalətli münasibətin sərgiləməsinə hansı maneəni törədir? Virus Minsk qrupunun başını itirib, yoxsa bu, onların siyasətinə uyğundur?

- Pandemiya Qarabağ münaqişəsinin həllinə heç bir maniə törətmir.  Bundan özncə də Ermənistan Azərbaycana qarşı özünün əks təbliğatını aparırdı və yenə də aparır, atəşkəsi pozur və bu virusdan istifadə edərək daha da  çox pozuculuq edir, bu mənada Qazax-Tərtər istiqamətində daha çox atışmalar olur.  Lakin virus bitəcək. Amma Qarabağ münaqişəsinin həlli prosesi illərdir qalır və görünən odur ki, hələ çox davam edəcək. Bu münaqişənin həlli ilə bağlı illərdir dırnaqarası səy göstərən ATƏT-in Minsk Qrupunun  gördüyü işin nəticəsi yoxdur və onların münaqişəyə yanaşmasından götrünür ki, heç buna səy də göstərmirlər.  Təbii ki, bu gün Minsk Qrupu başqa təşkilatlar kimi fəaliyyətlərini dondurmağa məhkum olublar. Lakin fəaliyyətə başladığı zaman belə onlar işlədikləri formatdan uzağa gedən deyillər.  Onların hər iki dövlətin xarici işlər nazirlərinin görüşlərini təşkil etməkdən, gərəksiz bəyanatlar verməkdən başqa heç bir  fəaliyyəti yoxdur. Minsk Qrupunun həm formatı, həm tərkibi dəyişməlidir. Bu təşkilat regionda sülh yaratmaq üçün Ermənistanı işğalçılıq siyasətindən çəkindirməlidir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün maniə yaratmamalıdırlar. Azərbaycan nə qədər sühsevər siayasət yürütsə də,  axır nöqtədə güc yenə onun öz boynuna düşəcək, təbii ki, hərb yolu ilə olsa da öz torpaqlarını işğaldan azad etmək məcburuyyətində qalacaq. Ya ATƏT-in Minsk qrupunun siyasəti ilə Azərbaycan məğlubiyyəti qəbul edib torpaqarı Ermənistana verməlidir, ya da o qurumdan imtina edərək, missiyanın formatını dəyişməli, ədalətli yanaşma tələb etməli, müharibə yolu ilə torpaqlarını işğaldan azad etməlidir. Azərbaycan heç bir zaman torpaqlarının ilhaq olunmasına yol verməyəcək.

- Ermənistan virus pandemiyasından istifadə edərək Azərbaycanın müharibəyə başlayacağı barədə şaiyələr yaymaqla dünya ictimaiyyətinin diqqətini yayındırmağa çalışır. Region dövlətləri ilə sərhədlərin bağlandığı bir ərəfədə Ermənistanda bağlı hansı "gözlənilməz" addımların atılması mümkündür. Belə bir şəraitdə Azərbaycan hansı əks addımlar atıla bilər?

-Ermənistan hər zaman Azərbaycanın müharibəyə hazır olduğunu və torpaqlarını işğaldan azad etmək məqsədinin olduğunu bilir. Ermənistan çox gözəl bilir ki, bu gün dünyada tüğyan edən bu pandemiyanın nəticəsində  bütün dünyada olan münaqişələr donmuş haldadır.  Əslində münaqişə Qarabağda da dondurulmalı olduğu halda, bu baş vermir. Heç bir hüquqa, insani dəyərlərə, məhəl qoymayan Ermənistan tərəfi bunu Qarabağda atəşkəsi pozması və dünyanın da izlədiyi seçki ilə sübut etdi. Ermənistan üçün virusun varlığı, yoxluğu Azərbaycana qarşı olan çirkin niyətini, münasibətini dəyişmir və bu ərəfədə də şaiyələr yaymaqda davam edir. Bu gün isə guya Azərbaycanın bu virusdan istifadə edərək, hücum çəkəcəyini deyir. Buna baxmayaraq Azərbaycan yenə də öz humanist siyasətindən istifadə edir, hələ də Minsk qrupunun uğursuz fəaliyyətinə dözür, hətta Minsk qrupunun yararsız fəaliyyətindən belə imtina etmir. Bəllidir ki, bu gün dünya ölkələri sərhədləri bağlayıb və Ermənistanın da vəziyyəti  heç də yaxşı deyil. Ermənilər bundan istifadə edərək guya Azərbaycanın ona qarşı yönələcəyini, hansısa əməliyyatlara başlaycağını yaymaqla yardımlarını çoxaltmaq, dünya ictimaiyyətini çaşdırmaqda məşğuldur. Bu da mənfur erməni xislətidir.

T.Qafarlı


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR