Alimlər ağciyərləri koronavirusdan qoruyan qidaları açıqladı

Alimlər ağciyərləri koronavirusdan qoruyan qidaları açıqladı

İspan dietoloq Alexandro Kanovas ilə İspaniyanın Pulmonologiya və Torakal Cərrahiyyə Cəmiyyətinin (SEPAR) rəhbəri Eusebi Çiner “La Vanguardia”ya verdiyi müsahibədə ağciyərləri koronavirusdan qorumağa kömək edən məhsulları açıqlayıb.

 Kanovasın sözlərinə görə, yumurta, düyü, mavi balıq və qoz tənəffüs sistemini gücləndirməyə kömək edə bilər.

Çiner isə hesab edir ki, ağciyərin vəziyyəti pisləşdikdə bədənin zülala ehtiyacı artır. Xüsusilə yumurtalarda A vitamini kimi yağda həll olunan vitaminlər, eləcə də yüksək keyfiyyətli zülallar var.

Bundan əlavə, pomidor, bütün süd məhsulları və su ağciyərin vəziyyətinə müsbət təsir göstərir. Xüsusilə, pomidor, antioksidan olaraq tənəffüs problemlərinin qarşısını almağa kömək edən yaxşı C vitamini mənbəyidir.

Pulmonoloq Eusebi Çinerin qənaətincə, sağlam həyat tərzinə əməl etsəniz, virus səbəbiylə ağciyərin zədələnməsinin əksər hallarının nəticələri minimuma endirilə bilər. O, düzgün bəslənmədən əlavə, yuxu rejiminə riayət etmənin və fiziki aktivliyin önəmini vurğulayıb.

Bundan əvvəl rusiyalı dietoloq Vera Şaroşkina koronavirus epidemiyasında faydalı olan qidaları açıqlamışdı. Onun fikrincə, bunlar qatıq, kombuça, göyərti və qaraciyərdir.

publika.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR