Karantin rejimi daha 1 ay uzadıldı

Karantin rejimi daha 1 ay uzadıldı

Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb.

Bu barədə Baş nazir Denis Şmıqal hökumətin iclasında məlumat verib.

D.Şmıqal bildirib ki, koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra ölkədə virusa yoluxanların sayı artıb. Son bir həftə ərzində Ukraynada 4853 nəfərdə yoluxma qeydə alınıb ki, bu da pandemiya zamanı ən yüksək göstəricidir.

Qeyd edək ki, Ukraynada karantinin müddəti iyunun 22-də başa çatırdı.

medicina.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR