Azərbaycan sakinini elektrik cərəyanı vuraraq öldürüb
Tovuzda 27 yaşlı kişini elektrik cərəyanı vurub.
Hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Bildirilir ki, Tovuz rayonunun Abubəyli kənd sakini, 1993-cü il təvəllüdlü Həsənov Tacəddin Azay oğlunu yüksək cərəyan qonşuluqda işləyən zaman vurub. Cərəyan vurması nəticəsində o, hadisə yerində ölüb.
apa.az