Hacıbaba Bağırovun xanımı və qızı illər sonra — VİDEO

Hacıbaba Bağırovun xanımı və qızı illər sonra — VİDEO

Mərhum Xalq artisti Hacıbaba Bağırovun həyat yoldaşı Arzu və qızı Şölə "ATV səhər"in kamerası qarşısına keçib.

 Aktyorun xanımı onunla bağlı xatirələrini bölüşüb:

"Tamaşaçılar kimi mənə də dəyərli olub. O vaxtlar səhər tezdən oyanar, onun olduğu verilişə baxırdım. Heç ağlıma gəlməzdi ki, bir gün onunla görüşəcəm və mənə evlilik təklif edəcək. Həyatımızın 7 ili gözəl keçdi. Rolllarına baxmayaraq, həyatda çox ciddi idi. Ən böyük xəyalları qızı Şölə ilə bağlı idi".

"Atam dünyasını dəyişəndə yaşım az idi. Onu tam xatırlamıram. Hər zaman anama və dostlarıma deyirəm ki, ən gözəl səs atamın səsidir. Uşaq olanda arzulayırdım ki, aktrisa olum. İndi başa düşürəm ki, çətindir" deyə, Şölə bildirib.

axşam.az

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR