Putinin iqamətgahında tunel – Koronavirusa qarşı

Putinin iqamətgahında tunel – Koronavirusa qarşı

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Novo-Oqarevo”dakı iqamətgahında koronavirusdan qorunmaq məqsədilə dezinfeksiya tuneli quraşdırılıb.

Bu barədə Penza Vilayəti Administrasiyası məlumat yayıb.

Məlumatda tunelin Penzada yerləşən şirkət tərəfindən hazırlandığı bildirilir.

Şirkətdən bildirilib ki, dezinfeksiya tuneli ölkənin birinci şəxsinin və onu ziyarət edəcək qonaqların koronavirusdan qorunmasını təmin edəcək.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR