Baş Nazirin avtomobil korteji qəzaya uğradı

Baş Nazirin avtomobil korteji qəzaya uğradı

Baş Nazir avtomobil korteji qəzaya uğradı...

 Azerforum.com APA-ya istinadla xəbər verir ki, Böyük Britaniyanın Baş Naziri Boris Consonun avtomobil korteji qəzaya uğrayıb.

 

 Britaniya bürosunun “Telegraph”a istinadən verdiyi xəbərə görə, qəza parlament binasının qarşısında baş verib.

 

Belə ki, parlament binasının qarşısında aksiya keçirilən zaman hərəkətdə olan avtomobil kortejinin önünə etirazçı çıxıb. Sürücü avtomobilin qarşısına çıxan şəxsi vurmamaq üçün əyləci basıb, arxadan gələn avtomobil isə ona çırpılıb.

 

Hadisə B. Consonun mətbuat xidməti tərəfindən təsdiqlənib.

 

Bildirilib ki, hadisə zamanı B. Conson avtomobilin içərisində olub və qəza zamanı xəsarət alan olmayıb.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR