Prezident İlham Əliyev dəyişiklik etdi yeni - QANUN

Prezident İlham Əliyev dəyişiklik etdi yeni - QANUN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

BAXAR.AZ xəbər verir ki, sənədlə elektron vizaların verilməsində dəyişiklik edilib.

Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

Qeyd edək ki, dəyişiklikdən əvvəl elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilirdi.


OXŞAR XƏBƏRLƏR