ABŞ hərbçilərini vurdular! – Ölənlər və yaralananlar var

ABŞ hərbçilərini vurdular! – Ölənlər və yaralananlar var

BAXAR.AZ hurriyyet.org-a istinadən xəbər verir ki, Somalinin cənubunda, Aşağı Şabel rayonunda ABŞ hərbçilərinə məxsus maşın karvanının keçdiyi zaman bomba partladılıb. Hücum nəticəsində amerikalı hərbçilər arasında ölənlər və yaralananlar olub. Maşın karvanında ABŞ tərəfindən təlim keçirilən Moqadişu iqtidarının xüsusi qüvvələri də olub.

Əldəqayırma partlayıcılarla edilən hücum nəticəsində bir Amerika zirehlisi ilə yerli qüvvələri daşıyan başqa hərbi avtomobil zərər görüb.

Hücuma görə məsuliyyəti Əl Qaidə təşkilatının Şərqi Afrika qolu olan Əş Şəbab təşkilatı öz üzərinə götürüb.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR