Türk komandolarla İran İnqilabı Keşikçiləri Korpusu  genişmiqyaslı birgə əməliyyat keçirdi - VİDEO

Türk komandolarla İran İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı birgə əməliyyat keçirdi - VİDEO

İranın xarici işlər naziri Cavad Zərif: “Qonşularımızla münasibətlərimiz yaxşılaşdıqca, terrora, radikalizmə və qeyri-sabitliyə qarşı daha uğurlu mübarizə aparacağıq”

BAXAR.AZ hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Kaplan” (“Pələng pəncəsi”) əməliyyatı ilə eyni zamanda İranın da eyni bölgədəki Komala və İran Kürdistan Demokrat Partiyası (İKDP)  yaraqlılarına məxsus mövqeləri artilleriya atəşinə tutduğu bildirilir.

İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) İraq Kürd Regional İdarəsinin Ərbil şəhərinin ətrafındakı dağlıq sərhəd bölgələrini artilleriya atəşi ilə vurduqlarını bildirib.

İranın Müdafiə Nazirliyinin “Teleqram” səhifəsində yerləşdirilmiş açıqlamada deyilir: “İİKK İraq Kürd Regional İdarəsinin sərhədləri daxilindəki Alane və Hac Umran dağlarında yuva salmış silahlı qruplaşmalara qarşı top atəşi açıb”.

Açıqlamada  İran Kürdistan Demokrat Partiyası  (İKDP) ilə İran Kürdistanı İnqilabçı və Fəhlə Partiyasına (Komala) bağlı gruplaşmaların həmin yerlərdə gizləndikləri qeyd edilib.

İranın terror siyahısındadırlar

İranın başladığı əməliyyat iki gündür ki, davam edir. Açıqlamada top atəşlərinin itkiyə səbəb olub-olmadığına dair məlumat verilməyib. Dünənki atışmada İran sərhədçilərindən biri İraq tərəfdəki terrorçuların açdığı atəş nəticəsində həlak olub.

İran hökuməti  İKDP və Komalanı rəsmən terror təşkilatı elan edib.

Çavuşoğlu ilə Zərifin görüşü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə iranlı həmkarı Məhəmməd Cavad Zərid arasında dünən keçirilmiş görüş zamanı Zərif demişdi: “Regional məsələləri müzakirə eləmək regionumuz üçün çox mühümdür və bunun üçün qonşularımızla münasibətlərimizi inkişaf etdirməyə ehtiyacımız var. Bu şəkildə bölgəmiz terrorla, radikalizmlə və qeyri-sabitliklə mübarizədə daha böyük uğurlar qazanacaq və xalqlarımız üçün gözəl bir gələcək hazırlanacaqdır”.


OXŞAR XƏBƏRLƏR