Çempionlar Liqası ilə bağlı qərar verildi - RƏSMİ
UEFA Çempionlar Liqası 2019-20 mövsümü avqustun 7-dən etibarən qaldığı yerdən davam edəcək.
BAXAR.AZ offsideplus.az xəbər verir ki, ilk olaraq 1/8 final mərhələsində qalan görüşlər keçiriləcək. "Barselona" - "Napoli" görüşünün "Camp Nou" stadionunda keçirilib-keçirilməməsinə dair son qərar 2 həftə ərzində veriləcək.
Final görüşü 23 avqusta təyin edildi və keçiriləcəyi şəhər İstabuldan Lissabona dəyişdirildi. Ümumiyyətlə 12 və 23 avqust aralığında 1/4 final mərhələsindən başlayaraq finala gedən yolda da bütün görüşlər məhz Lissabonda keçiriləcək.
Həm 1/4, həm də yarımfinal mərhələləri 1 oyundan ibarət olacaq.