Nikol Paşinyana müxalif daha bir nəfər həbs edildi- Siyasi məhbusların sayı artdı
Ermənistan parlamentinin keçmiş deputatı Abraam Manukyan həbs edilib.
BAXAR.AZ erməni mediasına istinadən xəbər verir ki, hələlik həbsin nə vaxt və hansı motivlərlə həyata keçirildiyi açıqlanmayıb.
Ermənistan mətbuatı Manukyanın iki çağırış deputat seçildiyini yazıb. Birinci dəfə o, 2003-2007-ci illərdə Serj Sərkisyanın liderlik etdiyi Respublika partiyasını, ikinci dəfə isə 2007-2012-ci illərdə “Çiçəklənən Ermənistan”ı təmsil edib. Hazırda “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Çarukyanın da həbsin bir addımlığında olduğunu nəzərə alsaq, Manukyanın həbsinin səbəbi müəyyən qədər aydın olar.
Beləliklə, baş nazir Nikol Paşinyan əleyhdarlarını bir-bir aradan götürməyə başlayıb.
Musavat.com