Rövşən Bayramovun rəqibi saxlanıldı - FOTO

Rövşən Bayramovun rəqibi saxlanıldı - FOTO

Ermənistanın sabiq yunan-Roma güləşçisi Roman Amoyan ötən gün Yerevanda saxlanıb.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, 37 yaşlı idmançı parlament binasının qarşısında Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyanın deputat mandatından məhrum edilməsinə etiraz mitinqində iştirak edib. O, təhlükəsizlik qüvvələrinə tabe olmadığı üçün polis bölməsinə aparılıb.

Lakin ölkənin tanınmış güləşçilərindən olduğu bilinəndən sonra hüquq-mühafizə orqanları Amoyanı sərbəst buraxıblar.

İddiaya görə, polislər onu tanımadıqları üçün saxlayıblar.

Amoyan Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı, dünya çempionatlarının medalçısı və ikiqat Avropa çempionu olub. O, karyerası ərzində Azərbaycan təmsilçiləri ilə bir neçə dəfə üz-üzə gəlib.

Ermənistan təmsilçisi Pekin olimpiadasının yarımfinalında Rövşən Bayramova və Bakı-2015 I Avropa Oyunlarında bürünc medal uğrunda görüşdə Elman Muxtarova uduzub. 

Qeyd edək ki, Qagik Tsarukyan seçkilər zamanı rüşvət almaqda, həmçinin qanunsuz oyun biznesində və torpaq sahələrini mənimsəməkdə şübhəli bilinir.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR