5 milyon dollar 20 min insan arasında paylandı

5 milyon dollar 20 min insan arasında paylandı

Özbəkistanda “Xeyirxahlıq və Dəstək” Xeyriyyə Fondu 300 mindən çox ailəyə maddi yardım göstərib.

BAXAR.AZ xəbər verir ki, bu barədə iyunun 16-da Daşkənddə keçirilmiş brifinqdə məhəllə və ailələrə dəstək üzrə nazirliyin informasiya xidmətinin rəhbəri Saodat Boymirzayeva bildirib.

Dediyinə görə, bu gün xeyriyyə fonduna 194,6 milyard som (19 milyon dollardan çox) vəsait daxil olub. Bu vəsaitlər hesabına 300,383 ailəyə 118 milyard 995 milyon som (11,7 milyon dollardan çox) vəsait ayrılıb. Təkcə 71 milyard 110 milyon som 67296 ailəyə (təxminən 7 milyon dollar) maddi yardım göstərilib. Qalan pullar dərmanlara, üz maskalarına, antiseptiklər və digər məhsullara xərclənib.

Saodat Boymirzayevanın sözlərinə görə, özbək əsilli rusiyalı milyarder Əlişir Usmanov fonda 5 milyon dollar bağışlayıb.

konkret.az


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR