Azərbaycanda jurnalist intihara cəhd etdi

Azərbaycanda jurnalist intihara cəhd etdi

Jurnalist Əminə Rüstəmzadə intihara cəhd edib. 

BAXAR.AZ xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı İlkin Rüstəmzadə məlumat yayıb. 

"Əminə bir az əvvəl intihara cəhd edib. Çoxlu yuxu dərmanı atıb. 1 saylı Kliniki Tibbi Mərkəzə gətirmişəm. Hal-hazırda reanimasiyadadır.

Daxili İşlər Nazirliyinin əvvəl feysbukda yazıb təhdid edən nümayəndəsi 3 gün  əvvəl yenə xəbərdarlıq edibmiş ki, "İlkin susmasa əvvəlki yenə təkrarlanacaq". - deyə, bildirib.

Fərid İMRAN
BAXAR.AZ


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR