Ağ Ev rəsmisi: “ÜST-ün bildirdiyi fikirlər yanlışdır”

Ağ Ev rəsmisi: “ÜST-ün bildirdiyi fikirlər yanlışdır”

“Ümumdünya Səhiyyə Təşkilatının asimptomatik şəxslərin virusa yoluxmasının çox nadir hal olması ilə bağlı səsləndirdiyi fikirlər yanlışdır”.

BAXAR.AZ xəbər verir ki,bu barədə qazet.az-ın sorğusuna cavab olaraq Amerika Milli Allergiya və İnfeksiyon Xəstəliklər İnstitutunun direktoru, Ağ Evin səhiyyə eksperti Dr. Antoni Fauçi bildirib.

Fauçi virusa yoluxan insanların arasında asimptomatik xəstələrin kifayət qədər çox olduğunu və ÜST-ün səsləndirdiyi fikrin əsassız olduğunu qeyd edib.

“ÜST bu fikri sübut edəcək faktının olmaması səbəbilə bu məsələnin üzərində çox qalmaq istəmədi.

Faktiki olaraq, hazırda virusa yoluxan insanların 25%-45% göstəricisi asimptomatik xəstələrdir və biz epidemioloji araşdırmalara əsasən deyə bilərik ki, simptomsuz xəstələr də bu virusa yoluxa bilərlər”, – deyə A. Fauçi əlavə edib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR