"Vətən dərdi, millət dərdi iqtidarlı-müxalifətli hər birimizindir"

Avropa Parlamentində qəbul edilmiş bəyanat xarici siyasətimizin növbəti uğurudur!

Eks-spiker Rəsul Quliyev: "Avropa Parlamentində qəbul edilmiş məlum bəyanatı Ermənistanın işğalçı siyasətinə qarşı verilmiş növbəti ədalətli və mühüm sənəd kimi qəbul etmək lazımdır. Bu kimi sənədlərlərin beynəlxalq çəkisi olduqca mühimdir. Hesab edirəm ki, uzun illərdi ki, Dağlıq Qarabağ və ətraf rayonlar haqqında dünyanın ən nüfuzlu beynəlxalq qurumlarında (BMT, ATƏT və Avropa Parlamenti kimi) aparılan danışıqlar, edilən çıxışlar və qəbul olunmuş bəyanatlar bu gün tamlıqla dərk edilməsə də tarixi baxımdan böyük önəm kəsb etməkdədir. Düşünürəm ki, Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətə müxalif olmaq olar, lakin Qarabağ mövzusunda heç bir müxaliflikdən söhbət getməməlidir! Vətən dərdi, millət dərdi iqtidarlı-müxalifətli hər birimizindir. Harada, hansı pozisiyada, hansı vəziyyətdə olmasından asılı olmayaraq azərbaycanlılar heç olmasa bu mövzuda həmrəy olmağı bacarmalıdırlar. 

Düşünürəm ki, 10 iyun 2020-ci il tarixində Avropa Parlamentində qəbul olunmuş bəyanat səviyyəsində Azərbaycan müxalifətində olan "dahi liderlər" də Qarabağ mövzusunda vahid mövqeydən çıxış edərək oxşar bəyanata imza atsaydı dövlətinə, millətinə xidmət etmiş olardı. Çox heyf ki, hələ də bizlərdə bu kimi mühim məsələləri, dövlət və dövlətçiliyi dərk edənlər tapılası deyildir..."


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR