SON DƏQİQƏ! Bağırzadənin reanimasiyadan görüntüsü – VİDEO

SON DƏQİQƏ! Bağırzadənin reanimasiyadan görüntüsü – VİDEO

Sevilən aktyor, əməkdar artist Bəhram Bağırzadənin koronavirus epidemiyasına yoluxması nəticəsində səhhətinin təhlükəli vəziyyətə gəlməsi cəmiyyətdə böyük narahatlıqla izlənilir.

SaqlamHeyat.az kult.az-a istinadən xəbər verir ki, B.Bağırzadə həm çox istedadlı aktyor, həm də əsl vətəndaş və ziyalı mövqeyi olan şəxs kimi çoxlarının böyük sevgisini qazanıb. Bu baxımdan onun səhhəti ilə bağlı ictimai narahatlıq təbii haldır.

Ötən gün B.Bağırzadəyə aid olduğu bildirilən və reanimasiyada çəkilmiş video paylaşılıb. Əlavə edək ki, artıq Gömrük Hospitalı görüntülərin bu xəstəxanada çəkilmədiyi haqda rəsmi açıqlama yayıb.

Uzun müzakirələrdən sonra qərara aldıq ki, bu videonun ictimaiyyətə təqdimatına ehtiyac var. Bu videonun hələ də koronavirusun dəhşətli fəsadına inanmayan və öz inamsızlıqları ilə yaxınlarını, doğmalarını təhlükəyə atan insanlarımızın məsuliyyətini artıracağını düşünürük.

Bu görüntülər koronavirusun dəhşətli olduğunu təsəvvür etmək üçün insanlarımıza maarifləndirici təsir göstərə, onların özlərini və doğmalarını qoruması üçün TƏBİB-in tövsiyələrinə daha ciddi əməl etməyə sövq edə bilər.

P.S. Sevimli aktyorumuz Bəhram Bağırzadəyə Allahdan şəfa diləyirik.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR