Azərbaycanda bu kənddə koronavirus sürətlə yayılır

Azərbaycanda bu kənddə koronavirus sürətlə yayılır

Cəlilabad rayonunun 5 kəndində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunur.

 

"Report"un Muğan bürosunun məlumatına görə, bunlar Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar kəndləridir.

Qeyd olunan ərazilər arasında ən çox yoluxma hallarının Ağdaş kəndində olduğu bildirilir. Məlumata görə, bu kənddə 26 nəfərdə koronavirus aşkar edilib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları bu kəndlərdə olublar. Sakinlərdən yoluxma hallarının müəyyənmləşdirilməsi ilə əlaqədar yaxma analizləri götürülüb.

Qeyd edək ki, bir müddət öncə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası koronavirus xəstələrinin müalicə olunduğu xüsusi rejimli xəstəxanaya çevrilib.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR