Azərbaycanın bu məhsulu ixracda rekordlar qırır

Azərbaycanın bu məhsulu ixracda rekordlar qırır

İstixanalar və ixracatçılar ilk 5 ayda ixracdan 123 milyon 89 min dollar qazanıblar.2020-ci ilin yanvar-may dövründə Azərbaycandan 123 milyon 89 min dollar dəyərində 104 min 860 ton pomidor ixrac edilib. Bu, indiyədək ilk 5 ayda qeydə alınmış ən yüksək məbləğdə pomidor ixracıdır.

BAXAR.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, pomidor ixracının məbləğ ifadəsi 18%, miqdar ifadəsi isə 14,4% artıb.

Xatırladaq ki, 2019-cu ilin yanvar-may dövründə Azərbaycandan 104 milyon 239 min dollar dəyərində 91 674 ton pomidor ixrac edilmişdir.

 


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR