Çeçenlərlə toqquşma bölgəyə əlavə polis qüvvəsi yeridildi

Çeçenlərlə toqquşma bölgəyə əlavə polis qüvvəsi yeridildi

Fransa Daxili İşlər Nazirliyi (DİN) Dijon şəhərində çeçen mühacirlərlə ərəblər arasında baş verən kütləvi toqquşmanı araşdırır.

BAXAR.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa DİN-in rəhbəri Kristof Kastaner məlumat verib.

Nazir bildirib ki, Dijon şəhərində ictimai asayişin pozulması və qorxu şəraitinin yaradılması yolverilməzdir və sərt reaksiya tələb edir.

Asayişin bərpa olunması üçün şəhərə əlavə təhlükəsizlik qüvvələri yeridilib.

Qeyd edək ki, ötən gün əllərində bıçaq, vintaçan və beyzbol taxtaları olan onlarla şəxs Dijon şəhərinin mərkəzində yerləşən qəlyanxanaya hücum edib.

Qəzəbli kütləni dağıtmaq üçün hadisə yerinə gələn polis dəstələri gözyaşardıcı qazdan istifadə etməli olub.

İlkin araşdırma nəticəsində məlum olub ki, Çeçenistan əsilli gəncin ərəblər tərəfindən döyülməsindən sonra qarşı tərəf qisas almaq qərarına gəlib.

Toqquşma nəticəsində 10 nəfər xəsarət alıb.


Bizi Telegramda oxuyun


OXŞAR XƏBƏRLƏR